16:35 02-04-2010
news_image
569
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Alişir Usmanovu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Beynəlxalq Qılıncoynatma Federasiyasının (BQF) prezidenti Alişir Usmanovu qəbul edib. Apasport.az saytının məlumatına görə, Usmanov qeyd edib ki, bu idman növü üzrə yaxşı ənənələrə malik olan Azərbaycanda dövlət səviyyəsində göstərilən qayğının nəticəsində idmançılarımız yeni uğurlar qazanacaqlar.

Öz növbəsində, dövlət başçısı qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq, BQF-in və onun prezidentinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanda ümumilikdə idmanın və onun ayrı-ayrı növlərinin uğurla inkişaf etdiyini vurğulayan prezident bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişlənməsi və ölkəmizdə qılıncoynatma idman növünün sürətlə inkişafı işinə təkan verəcəyinə əminliyini ifadə edib.