23:12 02-04-2010
news_image
662
DİGƏR NÖVLƏR

Çempionlar Kubokunda darmadağınla üzləşdik

Otüstü hokkey üzrə qadınlardan ibarət “Atasport” klubu Çempionlar Kubokunda mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, Almaniyanın paytaxtı Berlində keçirilən turnirin ilk oyununda komandamız Hollandiyanın “Hertogenboş” klubu ilə qarşılaşıb. Görüş hollandların 4:0 hesablı qələbəsi ilə nəticələnib. Bu gün “Atasport” İngiltərənin “Bovdon Hayesun” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışda 12 komanda qüvvəsini sınayır. Hokkeyçilərimiz D qrupunda “Hertogenboş” və “Bovdon Hayesun”la mübarizə aparır.