23:15 02-04-2010
news_image
579
DİGƏR NÖVLƏR

Həmyerlimiz ABŞ-da çempion oldu

Azərbaycan üzgüçüsü Natalya Filina ABŞ və Kanadanın açıq birinciliyində iştirak edib. Apasport.az saytının xəbərinə görə, Texas Ştatının San-Antonio şəhərində keçirilmiş beynəlxalq turnirdə Filina üzgüçülüyün bütün növlərində uğurla mübarizə apararaq, bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançısının bu yarışlarda iştirakının əsas məqsədi Beynəlxalq Paralimpiya Komitəsinin müvafiq reytinqini əldə etmək və seçmə mərhələsini uğurla keçmək idi.