12:05 05-04-2010
news_image
571
DİGƏR NÖVLƏR

Komandamız “Dördlər finalı”nın bir addımlığında

Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət “Atasport” klubu Çempionlar Kubokunda uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Almaniyada keçirilən yarışın ilk günündə komandamız Hollandiyanın “Hertagenboş” klubuna 0:4 hesabı ilə uduzsalar da, növbəti oyunda günahlarını “yuyublar”.

İngiltərənin “Boudon Haytaun” komandasına 2:1 hesabı ilə qalib gələn hokkeyçilərimiz qrupda ikinci yeri tutublar. Reqlamentə əsasən, “Atasport” bu gün C qrupunun birincisi – Madridin “Klub de Kampo” komandası ilə yarımfinala çıxmaq uğrunda yarışacaq.