22:54 05-04-2010
news_image
583
DİGƏR NÖVLƏR

Şamaxıda Olimpiya İdman Kompleksini sökdülər

İnşasına 2003-cü ilə başlanmış və 2005-ci il aprel ayının 26-da istismara verilmiş Şamaxı Olimpiya İdman Kompleksi artıq yoxdur. Apasport.az saytının xəbərinə görə, kompleks müasir tələblərə cavab verməməsinin güdazına gedib. Mərkəzin direktoru İlqar Əfəndiyev bildirib ki, tikilinin fasadı və memarlıq üslubu da tələblərə cavab vermirdi.

Köhnə kompleksin yerində inşa olunacaq yeni mərkəz isə bütün bu tələblərə uyğun olacaq. Burada böyük futbol meydançası və beynəlxalq standartlara cavab verən hovuz olacaq.

Qeyd edək ki, Olimpiya Kompleksinin 725 nəfərlik tamaşaçı yeri olan böyük idman salonu bütün əl oyunları, mini futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün nəzərdə tutulmuşdu. Burada eni 12,5 metr, uzunluğu 25 metr olan üzgüçülük hovuzu da var idi. Respublikamızda sayca doqquzuncu olan bu kompleksdə idmançıların istirahəti üçün dördulduzlu hotel səviyyəsində 15 kottec də tikilmişdi.
anspress.com