09:10 06-04-2010
news_image
1030
DİGƏR NÖVLƏR

Azərbaycanlı iş adamı Olimpiya Oyunları üçün otel tikir

Azərbaycanlı iş adamı Telman İsmayılov 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına öz töhfəsini verəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz məsul turnirə otel tikdirmək üçün Rusiyaya qayıdır.

Uzun illər bu ölkədə biznesi olan İsmayılov yaxınlarda Qroznı “Terek”ini himayədarlığa götürüb. Nəticədə Türkiyənin “Antalyaspor” klubunda vitse-prezident olan oğlu Sərxan “Terek”də analoji posta təyin olunub. Çeçenistanda sərmayə qoymaq fikrində olan milyarder Rusiyanın baş naziri Vladimir Putinin müraciətini müsbət cavablayıb.

Belə ki, bu ölkənin sabiq prezidenti həmyerlimizə “Türkiyədə otel tikmək problemi yoxdur, amma sərmayə imkanları varsa, onları Soçidə otel inşa etmək daha yaxşı olar” deyib. Bundan sonra ölkə rəhbərliyinin qəzəbinə tuş gəlməmək üçün ilk addım atan İsmayılov Soçidə inşaat məsələlərinə cavabdeh olan “Olimpinşaat”ın baş müdiri Teymuraz Bolloyevlə anlaşıb. AST Şirkətlər Qrupunun sahibi Soçidə olimpiya kəndində 4200 yerlik super lüks otel tikdirməyi planlaşdırır. İsmayılovun bura ümumilikdə 1 milyard dolar sərmayə qoyacaq. Soçidə Olimpiadaya qədər hərəsi 2000 yerlik olan üç ulduzlu 4 otel lazımdır.

Qeyd edək ki, İsmayılov ötən il Antalyada 1,4 milyard dollar dəyərində olan “Mardan Palace” otelini açıb.