10:33 06-04-2010
news_image
557
DİGƏR NÖVLƏR

Azərbaycan çempionu üçün “Hamburq”

Otüstü hokkey üzrə qadınlar arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində ikinci yeri tutan Azərbaycan çempionu “Atasport” bu mərhələdə də lazım olan nəticəni qazanıb.

İspaniyanın “Klub de Kampo” komandası ilə qarşılaşan hokkeyçilərimiz 2:1 hesablı qələbə qazanıblar. Nəticədə Almaniyada inamlı çıxış edən “Atasport” “Dördlər finalı”na yüksəlib. Yarımfinalda komandamızın rəqibi Almaniya təmsilçisi “Hamburq” olacaq. Digər yarımfinal oyununda Hollandiyanın “Amsterdam” və “Hertagenboş” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, həlledici mərhələ mayın 22-23-də Hollandiyada olacaq.