12:46 06-04-2010
news_image
507
DİGƏR NÖVLƏR

Asiyaya gedib, Avropadan qayıdacaqlar

Azərbaycanın güllə atıcıları Dünya Kubokunda iştirak etmək üçün Çinə yollanacaqlar. Apasport.az saytının məlumatına görə, aprelin 15-dən 24-dək Pekində təşkil ediləcək yarışda ölkəmizin şərəfini Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov təmsil edəcək.

Asiya qitəsindəki yarış başa çatdıqdan sonra həmyerlilərimiz Avropaya yola düşəcəklər. Onlar Almaniya Hannover şəhərində beynəlxalq turnirdə iştirak etdikdən sonra vətənə qayıdacaqlar.