12:12 07-04-2010
news_image
537
STOLÜSTÜ OYUNLAR

3 şahmatçımız Dubay çempionatında liderdir

Birləşmiş Ərəb Əmirliklərində keçirilən şahmat üzrə açıq Dubay çempionatının II turu əvvəlki ilə müqayisədə həmyerlilərimiz üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, 12 zəka sahibi ilə təmsil olunduğumuz yarışda bu dəfə 6 şahmatçımız məğlubiyyət acısı yaşayıb. Ülvü Bacarani, Orxan Abdulov, Cahangir Ağarəhimov, Nurlan Şabanov, Türkan Məmmədyarova və Nərmin Məmmədova rəqiblərinin təzyiqlərinə tab gətirə bilməyiblər.

Zeynəb Məmmədyarovanın heç-heçə etdiyi turda Qədir Hüseynov, Eltac Səfərli, Rəsul İbrahimov, Zaur Məmmədov və Nərgiz Umudova 1 xal qazanıblar.

Qeyd edək ki, 2 turdan sonra Qədir Hüseynov, Eltac Səfərli və Rəsul İbrahimov maksimum nəticə göstərərək, liderlər qrupunda yer alıblar.