13:58 07-04-2010
news_image
1503
DİGƏR NÖVLƏR

Rebekka seksual olmasının sirrini açdı - FOTOSESSİYA

Avstraliyalı Rebekka Sioux üçün idman və moda ayrılmazdır. Apasport.az saytının məlumatına görə, model kimi tanınan 25 yaşlı gözəlçə sörf idmanında da uğurlara imza atır.

Obyektivlər qarşısında gözəlliyini nümayiş etdirməyə alışmış Rebekka imkan tapan kimi futbol meydanına qaçır. Orada dost-tanışı ilə həvəskar səviyyədə doyunca oynamaq xanımın ən sevimli işlərindəndir. Planetin ən seksual modellərindən sayılan avstraliyalı bunda idmanın rolunun böyük olduğunu gizlətmir: “İdman həmişə əhval-ruhiyyəmin yüksəlməsinə xidmət edib. Elə buna görə də cazibəli və fiziki formada olduğumdan idmana borcluyam”.