14:55 09-04-2010
news_image
882
DİGƏR NÖVLƏR

Milli komandamız üçün yeni snayper

Paralimpiyaçı güllə atıcılarımızı qarşıda gərgin yarış gözləyir. Azərbaycan Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız aprelin 26-30-da Türkiyədə Avropa çempionatında qüvvəsini sınayacaq.

Yarışa Sumqayıt Paralimpiya Kompleksində baş məşqçi Vitali Sotnikovun rəhbərliyi altında hazırlaşan komandamızın heyətinə yeni idmançı da cəlb edilib. Belə ki, çempionata paralimpiya çempionu Yelena Taranova, qitə birinciliyinin mükafatçısı Əkbər Muradov, Elşad Məmmədov və Əli Nəbiyevlə yanaşı, Kamran Zeynalov da yollanacaq.

Qeyd edək ki, sonuncu idmançı belə mötəbər yarışda ilk dəfə iştirak edəcək.