17:27 11-04-2010
news_image
609
DİGƏR NÖVLƏR

Fransız idmançı Bakıda yediyi kababdan danışdı

Bakıda qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, şəhərimizə yarışda iştirak etmək üçün ümumilikdə 87 ölkədən 1565 idmançı təşrif buyurub. İdmançılar Bakının Dubaya bənzədiyini qeyd etməklə yanaşı, paytaxtımızın tarixinə nə qədər sadiq qalmasından da heyrətə gəliblər.

Xarici qonaqlar yarışın gedişatı əsnasında hamburgerlə qidalansalar da, milli mətbəximizlə tanış olan idmançılara da, rast gəlinib. Fransa yığmasının heyətində Dünya çempionatında iştirak edən Aleksandr Bardanet öz ölkəsində Türk kababı çox yediyini, ancaq Azərbaycan kababının daha ləziz olduğunu etiraf edib.

Xatırladaq Bakıda yeniyetmə və gənc qılıncoynadanlar arasında Dünya çempionatına aprelin 2-də start verilmişdi.
Mənbə: anspress.com