09:53 12-04-2010
news_image
604
STOLÜSTÜ OYUNLAR

Eltac Səfərlini liderdən 0,5 xal ayırır

Birləşmiş Ərəb Əmirliklərində keçirilən açıq Dubay çempionatının yekunlaşmasına 2 tur qalıb. Apasport.az saytının məlumatına görə, 12 şahmatçı ilə təmsil olunduğumuz yarışda 7 turdan sonra ən yaxşı nəticə Eltac Səfərliyə məxsusdur.

Aktivində 5,5 xalı olan təmsilçimiz liderlərdən cəmi 0,5 xal geri qalır. 5 xalla Rəsul İbrahimov 12-ci, Qədir Hüseynov isə 14-cü yerdədir. Digər şahmatçılarımız ilk 30-dan kənardadırlar.