12:15 12-04-2010
news_image
647
STOLÜSTÜ OYUNLAR

Məşhur şahmatçılar Bakıya gəlir

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir yenə də dünya şahmatının ulduzlarını Bakıya toplayacaq. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin sonunda start götürəcək yarışla bağlı dünya şahmatının liderləri ilə danışıqlar davam edir. Turnirə gələcək iti zəka sahiblərinin adları aprelin 18-də dəqiqləşəcək.