12:22 12-04-2010
news_image
472
DİGƏR NÖVLƏR

Azad Rəhimov Küveytlə saziş imzalayır

Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafı Bakıdadır. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, asiyalı nümayəndə heyətinin Azərbaycana səfəri dünəndən başlayıb.

Səfər çərçivəsində gənclər və idman sahəsində fikir mübadiləsinin aparılması, iki ölkə arasında əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək üçün əlaqələrin perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulub.

Qonaqlar gənclər və idman naziri Azad Rəhimovla da görüşəcək, eyni zamanda səfər proqramına uyğun Azərbaycan və Küveyt arasında idman və gənclər sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar.

Bununla yanaşı, Küveyt nümayəndə heyəti Quba, Qusar, Şağan Olimpiya İdman Komplekslərində olacaq, güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak edəcək.

Daha sonra respublikanın bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüşəcək, regionlar səfər edib, Azərbaycanın tarixi məkanlarında olacaqlar.

Küveytli rəsmilərin Azərbaycana səfəri aprelin 18-də başa çatacaq.