12:51 12-04-2010
news_image
3125
DİGƏR NÖVLƏR

Bakıda yeni bukmeker kontorları açılır

Azərbaycanda oyunlara pul qoyuluşu (totalizator) etmək üçün 50-dək bukmeker kontoru açılacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, bukmeker kontorlarında istənilən şəxslər pul qoyuluşu edə bilərlər. Totalizator oyunlarının keçiriləcəyi yerlər Bakının müxtəlif yerlərində, kafelərdə, çayxanalarda açılacaq. Avqustda isə əlavə 300 kontorun açılacağı gözlənilir.