17:02 12-04-2010
news_image
720
DİGƏR NÖVLƏR

“Lokomotiv” istifadəyə verildi

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin Biləcəri qəsəbəsindəki İdman kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, açılış mərasimində nəqliyyat naziri, Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, gənclər və idman naziri Azad Rəhimov, voleybol üzrə ikiqat olimpiya və üçqat dünya çempionu, vaxtilə “Lokomotiv”in şərəfini qorumuş İnna Rıskal, idmançılar, dəmiryolçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ziya Məmmədovla Azad Rəhimov qırmızı lenti kəsəndən sonra təntənəli mərasim başlayıb. Dövlət himni səslənəndən sonra “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib. Mərasimdə Azad Rəhimov, Çingiz Hüseynzadə, İnna Rıskal çıxış edərək, Azərbaycanda idmana göstərilən qayğıdan, onun bariz nümunəsi kim “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin Biləcəri qəsəbəsindəki idman zalının əsaslı təmirdən sonra istifadəyə verilməsindən danışıblar. Natiqlər bildiriblər ki, İdman zalında “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin voleybolçularının təlim-məşq toplantılarını keçirmək üçün zalda hər cür şərait yaradılıb.

“Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi Zaqafqaziya Dəmir Yolu “Lokomotiv” Yol könüllü İdman Cəmiyyətinin rayon şurasının qərarı ilə 1936-cı ildə yaradılıb. Sonralar 1989-cu ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubu kimi formalaşıb. 1998-ci ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubunun bazasında “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi yaradılıb.