13:29 13-04-2010
news_image
522
DİGƏR NÖVLƏR

Finala 2 vəsiqə uğrunda 12 iştirakçı

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası 2010-cu ilin avqust-sentyabr aylarında Argentinada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə yola düşüblər. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 17-24 apreldə yeganə vəsiqəyə sahib olmaq üçün Yaponiya, İtaliya, Rusiya, Belarus və Uels təmsilçiləri arasında qalib adını qazanmalıdır.

Qeyd edək ki, artıq finalda iştirak edəcək 9 iştirakçı bəllidir. Qitələrarası çempionatlarda fərqlənən Argentina, CAR, Yeni Zelandiya, Hollandiya, İngiltərə, İspaniya, Asiya çempionu və 2-ci yerin sahibi DÇ-nın qayğıları ilə yaşayırlar. Qalan 3 komanda isə 3 təsnifat yarışında müəyyənləşməlidir ki, onlardan biri artıq ABŞ-ın San Dieqo şəhərində başa çatıb. Martın sonu və aprelin əvvəlində keçirilən turnirdə Koreya hokkeyçiləri də adlarını xöşbəxtlər siyahısına yazdırıb.

Planetin ən güçlüləri sırasına düşmək üçün 2 vəsiqə uğrunda 12 ölkənin milli komandası hərəsində 6 iştirakçi olmaqla 2 turnirdə mübarizə aparacaq.

DÇ-nın sonuncu 12-ci iştirakçısı isə aprelin 25-də Santyaqoda (Çili) start götürəcək təsnifat turnirdə müəyyənləşəcək.