17:26 13-04-2010
news_image
1373
DİGƏR NÖVLƏR

Bakıdakı dünya çempionatında seks qalmaqalı

İsrail yığmasının 3 üzvü əxlaqsız qızlarla oteldə yaxalanıblar

Bakıda başa çatan yeniyetmələr və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında seks qalmaqalı baş verib. Lent.az-ın “migsport.com”a istinadən verdiyi məlumata görə, İsrailin gənc oğlanlardan ibarət yığma komandasının 3 üzvü yüngül əxlaqlı qızlarla “iş başında” yaxalanıb.

İsrail qılıncoynadanları mübarizəni erkən dayandırdıqdan sonra heç kimə xəbər vermədən öz otaqlarını tərk ediblər. Bir müddət sonra onlar 3 qızla qayıdıblar. Amma gəncləri nümayəndə heyətinin təhlükəsizlik xidməti “yaxalamağ”a müvəffəq olub. Onlar idmançıları öz otaqlarında qızlarla birgə tapıblar.

İsrailli qılıncoynadanlar qadınların Çexiya millisinin üzvləri olduğunu və söhbət üçün otağa gəldiklərini iddia ediblər. Lakin onların kələyi keçməyib. İsrail nümayəndə heyətinin rəhbəri qadınları otaqdan qovub və qılıncoynadanların hərəkəti haqda məruzə edib. Vətənə qayıtdıqdan sonra onlar yığmadan qovulublar.