12:17 14-04-2010
news_image
605
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlandı

Otüstü hokkey üzrə qadınlardan ibarət Azərbaycan yığması iştirak etdiyi dünya çempionatının seçmə mərhələsində ilk oyununu Belarusa qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, Rusiyanın Kazan şəhərində baş tutacaq oyun aprelin 17-də olacaq.

Komandamız ertəsi gün ruslara üz-üzə gələcək. Aprelin 20-də Uelslə qarşılaşacaq Joa Honqun yetirmələri 2 gün sonra Yaponiya ilə üz-üzə gələcəklər. Yığmamız turnirin son görüşündə daha çətin rəqiblə - İtaliya hokkeyçiləri ilə mübarizə aparacaq.