15:54 14-04-2010
news_image
693
STOLÜSTÜ OYUNLAR

Ən güclü qadın şahmatçımız Dubay çempionatında 70-ci yeri tutdu

Birləşmiş Ərəb Əmirliklərində keçirilən 12-ci açıq Dubay çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 12 şahmatçımızdan ən yaxşı nəticəni Qədir Hüseynov göstərib. O liderlə eyni – 7 xal toplasa da, əmsallara görə 5-ci olub.

Son turda erməni şahmatçıya uduzmaq Eltacın 16-cı pilləyə enməsi ilə nəticələnib. Digər həmvətənlərimizdən - Rəsul İbrahimov 47-ci, Türkan Məmmədyarova 55-ci, Nərgiz Umudova 63-cü, Ülvi Bacarani 69-cu və hazırda milli komandamızın lideri olan Zeynəb Məmmədyarova 70-ci olub.

Şahmatçılarımızdan yalnız 5-ci yeri tutan Qədir Hüseynova təşkilatçılar tərəfindən 2500 ABŞ dolları mükafat verilib.

Xatırladaq ki, mükafat fondu 45 min ABŞ dolları olan yarışda birinci yerin sahibi 8, ikinci yerin sahibi 5, üçüncü yerin sahibi 4 min dollar qazanıb.