11:02 15-04-2010
news_image
941
DİGƏR NÖVLƏR

Ən varlı idmançının sevgilisi həbs olundu - FOTO

ABŞ-ın Los-Anceles şəhərində məşhur qolfçu Tayger Vudsun sevgililərindən biri həbs olunub. Lent.az-ın “TMZ.com”a istinadən verdiyi məlumata görə, Ceymi Qrabbs vaxtı ötmüş sürücülük vəsiqə ilə nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılıb.

Vudsun sevgililəri ABŞ-da KİV tərəfindən kifayət qədər diqqət gördükləri üçün məşhurlaşıblar. Tabloidlər və əyləncəli TV-şoular “Forbes” jurnalının qitmətləndirməsinə əsasən, dünyanın ən varlı idmançısı ilə münasibətlərinə dair müsahibələr vermələri üçün onun məşuqələrinə kifayət qədər vəsait ödəyiblər.