12:21 16-04-2010
news_image
431
DİGƏR NÖVLƏR

Azərbaycanla Küveyt arasında idman və gənclər sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla Küveyt arasında “İdman və gənclər sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. APA-nın xəbərinə görə, imzalanma mərasimi Azərbaycanın Gənclər və İdman Nazirliyində baş tutub. Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzaf iştirak ediblər.

İmzalanma mərasimindən sonra çıxış edən nazir və komitə sədri bu sazişin iki ölkə arasında əməkdaşlığın artırılmasında, əlaqələrin daha da gücləndirilməsində mühüm rol oynayacağını bildiriblər.