Vüqar Həşimov bu dəfə də “Aşdod”un heyətində
Azərbaycan şahmatçısı Vüqar Həşimov Almaniyanın “Verder” komandasının heyətində gümüş medal qazandıqdan sonra İsrailə yola düşüb. Bu barədə apasport.az saytına onun qardaşı və şəxsi meneceri olan Sərxan Həşimov məlumat verib. Onun sözlərinə görə, Vüqar İsrailin “Aşdod” klubunun heyətində birinci lövhədə mübarizə aparacaq. Həmyerlimiz komandasına 2 turda kömək edəcək.