00:14 17-04-2010
news_image
570
DİGƏR NÖVLƏR

Həmyerlimiz bir günlük Avropa çempionatında

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində bodibildinq üzrə ilk Mütləq Avropa çempionatı keçiriləcək. apasport.az saytının xəbərinə görə, ən güclü atletlərinin mübarizə aparacağı birgünlük yarışda həmyerlimiz Vüqar Verdiyev də iştirak edəcək.

Yeri gəlmişkən, bu ilin payızında Bakıda bodibildinq üzrə dünya çempionatı keçiriləcək. Mundiala ev sahibliyi etməyə hazırlaşan yığmamız eyni zamanda heyətini gücləndirməyi də unutmur. Millimizin şərəfini qoruyacaq idmançılardan biri də son dünya çempionatının mükafatçısı olan rusiyalı atlet Leonid İmtomin olacaq. Maraqlıdır ki, rusiyalı atlet martda Bakıda səfərdə olduğu zaman yığmanın bazası, eləcə də atletlərin şəraiti ilə tanış olandan sonra Azərbaycan yığmasının şərəfini qorumaq istədiyini bildirib.