10:28 17-04-2010
news_image
845
DİGƏR NÖVLƏR

Aliyə Qarayeva Avropa çempionatında bürünc medal qazandı

Almaniyanın Bremen şəhərində start götürən Avropa çempionatının ilk günündə Azərbaycan gimnastı bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, çoxnövçülük yarışlarında 111.375 xal toplayan Aliyə Qarayeva fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

İdmançımız qazandığı uğurla bağlı fikirlərini də açıqlayıb: “Mən özümü xoşbəxt hesab edirəm. Avropa çempionatın çoxnövçülük yarışında medal qazandığımdan çox sevinirəm. Bunun üçün məşqçilərimə və bütün şəxslərə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gün Avropa çempionatında böyüklərdən ibarət qrup komandası (çoxnövçülük) və yeniyetmə gimnastlar (top və gürzlər, Lalə Yusifova və Jalə Qaratova) mübarizə aparacaqlar.