14:39 18-04-2010
news_image
733
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasından Gürcüstan millisinə

Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandasından uzaqlaşdırılan gürcüstanlı Otar Tatişvili özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, gürcü mütəxəssis ölkəsinin milli komandasına rəhbərlik edir.

O, Bakıdakı Avropa çempionatı zamanı yeni işinin icrasına rəsmən başlayıb. Belə ki, Tatişvili qitə birinciliyində həmyerlilərini döşək üzərinə çıxarıb. Təcrübəli mütəxəssis vaxtilə məşq keçdiyi güləşçilərimizin də çıxışını yaxından izləyib.

Xatırladaq ki, Otar Tatişvili millimizdə böyük məşqçi çalışırdı.