11:47 19-04-2010
news_image
545
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı Avropa çempionatında gümüş medal qazandı

Bədii gimnastika üzrə Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında Azərbaycan daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ikinci medalı komandamıza yeniyetmələr arasında mübarizə aparan Lalə Yusifova qazandırıb. O, ayrı-ayrı hərəkətlərin finalında topla ikinci yeri tutaraq, gümüş medala sahib çıxıb.

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandamız da əvvəlki nəticəsini yaxşılaşdırıb. 2 il əvvəl qitənin 14-cü komandası olan yığmamız bu dəfə çempionatı 5-ci yerdə başa vurub.

Böyüklərin mübarizəsində qüvvəsini sınayan millimiz çoxnövçülükdə 8-ci, ayrı-ayrı növlərdə 5-ci (3 lent/2 ip) və 7-ci (5 halqa) olub.

Jalə Qaratova finala yüksəlsə də, ilk “altılıq”da yer ala bilmədiyi üçün Sinqapur 2010-a lisenziya qazana bilməyib.

Xatırladaq ki, Lalə Yusifovadan əvvəl böyüklərin çoxnövçülük yarışlarında Aliyə Qarayeva fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdi.