13:53 19-04-2010
news_image
635
DİGƏR NÖVLƏR

Yenə də Olimpiya mükafatçımız...

Çinin paytaxtı Pekində start götürən güllə atıcılığı üzrə Dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunur.

Güllə atıcılarının mübarizəsində Olimpiya mükafatçısı İradə Aşumova və oğlu Ruslan Lunyovla təmsil olunduğumuz yarışda ən yaxşı nəticəni xanım idmançımız göstərib. 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçmada finala vəsiqə qazanan Aşumova həlledici mərhələdə 783,5 xalla 7-ci olub. Lunyov isə 50 m məsafəyə atəşaçmada yarışı 39-cu yerdə başa vurub.

Stend atıcılığı üzrə yarışlarda da hələlik medal qazanan həmyerlimiz yoxdur və skit növündə yarışan 4 idmançımız finala çıxmaq hüququnu itirib. Belə ki, kubokda Emin Cəfərov 23-cü, Nurlan Cəfərova isə 12-ci yeri tutub. Olimpiya çempionu Zemfira Meftahəddinovanın qızı Regina da zəif çıxış edib -20-ci yer. Digər təmsilçimiz Xanhüseyn Bağırov 35-ci yerlə kifayətlənib.

Qeyd edək ki, aprelin 25-dək davam edəcək Dünya kubokunda Azərbaycan idmançılarının çıxışı davam edir.