10:00 20-04-2010
news_image
568
DİGƏR NÖVLƏR

Dünya kubokunda atışma səsləri kəsilmir

Çinin paytaxtı Pekində atıcılıq üzrə keçirilən Dünya Kubokunda bu gün 1 idmançımız mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında 7-ci olan İradə Aşumova bu dəfə 10 m məsafədən hədəfi dəqiq nişan almağa çalışacaq.

Yarışda iştirak edən digər güllə atıcımız Ruslan Lunyov isə artıq bu məsafəyə atəş açıb. 50 metr məsafəyə atəşaçmada 39-cu olan təmsilçimiz bu dəfə 29-cu yeri tutub.