12:01 20-04-2010
news_image
545
STOLÜSTÜ OYUNLAR

Kül dumanı Vişvanatan Anandı yarı yolda qoyub

Şahmat üzrə dünya çempionları arasında təşkil ediləcək oyunlar təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, kül dumanı dünyanın ən güclü zəka sahibləri - Vişvanatan Anand və Veselin Topalovun duelinin baş tutmasında problem yaradıb.

Belə ki, hindistanlı şahmatçı matçların keçiriləcəyi Bolqarıstanın Sofiya şəhərinə gedə bilmir. O, Almaniyanın Frankfurt aeroportunda qalıb. Vişvanatan Anandın həyat yoldaşı və şəxsi meneceri Aruna Anand isə görüşün 3-4 gün sonraya keçirilməsi ilə bağlı FİDE-nin prezidenti Kirsan İlyumjinova müraciət edib.

Qeyd edək ki, Anand və Topalov arasında görüşlərin açılış mərasimi aprelin 21-də olmalıdır. Onlar ilk oyununu isə 2 gün sonra keçirməlidirlər.