15:45 20-04-2010
news_image
930
DİGƏR NÖVLƏR

Milli komandamızdan çətin və vacib qələbə - FOTO

Rusiyanın Kazan şəhərində keçirilən otüstü hokkey üzrə qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız bu gün Uelslə qarşılaşıb.

Görüşdə yığmamız mütləq qələbə qazanmalı idi ki, bunu da öhdəsindən çətinliklə gəlib. İlk hissədə hesab açılmayıb. İkinci hissənin 48-ci dəqiqəsində isə Marina Əliyevanın vurduğu qol millimizə qələbə qazandırıb.

Xatırladaq ki, bu oyunadək komandamız Belarusa 3:1 hesabı ilə qalib gəlib və Rusiya millisi ilə heç-heçə (2:2) edib.