13:00 21-04-2010
news_image
836
DİGƏR NÖVLƏR

Moskvada azərbaycanlılar üçün “Cəngavər”

Moskvada Azərbaycanın “Cəngavər” İdman Klubu açılıb. Bu barədə APA-nın Moskvadakı müxbirinə klubun rəhbəri Fuad Quliyeyin məlumat verib. Onun sözlərinə görə, klubun açılmasında əsas məqsəd Azərbaycan gənclərinin idman seksiyalarında məşğələlər vasitəsilə birləşməsidir: “Biz idman klubunda gənclərin maksimal səviyyədə məşq etməsinə çalışırıq. Moskvada qiymətlər çox aşağıdır. Məşğələlər şəhərin mərkəzində yalnız Azərbaycan dilində keçirilir. Məşqə azərbaycanlıları cəlb edirik. Bu, gənclərimizi idmanla məşğul olmağa motivasiya edir”.

F.Quliyev hazırda “Novokuznetskaya” metrostansiyası yerləşən rayonda döyüş sambosu üzəri seksiyanın fəaliyyət göstərdiyini söyləyib. Məşqçi beynəlxalq dərəcəli idman ustası Sahib Mehdiyevdir. Gələcəkdə qızların da məşğul olacağı akyido seksiyasının açılması planlaşdırılıb.