15:27 21-04-2010
news_image
652
DİGƏR NÖVLƏR

Milli komandamız dünya çempionatına Rusiyada hazırlaşacaq

Stolüstü tennis üzrə oğlan və qızlardan ibarət milli komandamız dünya çempionatına hazırlığı davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa hazırlaşan komandamız bu məqsədlə aprelin 25-də Volqoqradda start götürəcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yarış başa çatdıqdan sonra isə tennisçilərimiz mayın 9-dək orada təlim-məşq toplanışında olacaqlar.

Qeyd edək ki, dünya çempionatı mayın 20-31-də Moskvada keçiriləcək.