16:22 21-04-2010
news_image
578
DİGƏR NÖVLƏR

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti dünyasını dəyişdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri prezidenti Xuan Antonio Samaranç bu gün vəfat edib. Apasport.az saytının məlumatına görə, ürək çatışmazlığı diaqnozu ilə Barselonada hospitala yerləşdirilən Samarançın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1981-2001-ci illərdə BOK-a rəhbərlik edən Samaranç ötən ilin payızında da eyni diaqnozla müalicə olunmuşdu.