17:20 21-04-2010
news_image
489
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anandın ümidi avtomobilə qaldı

İslandiyada baş verən vulkan püskürməsi səbəbindən Frankfurt aeroportunda qalan hindistanlı Vişvanatan Anand üçün çıxış yolu tapılıb. Apasport.az saytının məlumatına görə, dünya çempionu Bolqarıstanda keçiriləcək şahmat tacı uğrunda yarışa avtomobillə yollanmaq məcburiyyətində qalıb. O, Sofiyaya gec çatacağından Beynəlxalq Şahmat Federasiyası təqvimdə dəyişiklik edib. Belə ki, Veselin Topalovla aprelin 23-də keçirilməli olacaq ilk görüş bir gün sonraya keçirilib.

Xatırladaq ki, Topalovla Anand dünya tacı uğrunda 12 partiyada qarşılaşmalıdırlar.