09:42 22-04-2010
news_image
615
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız 3 xalın güdazına getdi

Çinin paytaxtı Pekində keçirilən güllə atıcılığı üzrə Dünya kuboku Azərbaycan idmançıları üçün yekunlaşıb. Apasport.az saytının məlumatına görə, 10 m məsafəyə atəş açmada İradə Aşumova 15-ci yerlə kifayətlənib. 382 xal toplayan Olimpiya mükafatçımızın finala yüksəlməsinə 3 xalı çatmayıb.

Xatırladaq ki, snayperimiz 25 metr məsafəyə atəş açmaqda həlledici mərhələyə vəsiqə qazansa da, 7-ci olmuşdu. Dünya kubokunda güllə atıcılarımızdan fərqli, stend atıcılarımızın çıxışlarını davam etdirirlər.

Qeyd edək ki, aprelin 23-24-də trap növündə 2 idmançımız mübarizəyə qoşulacaq.