15:23 22-04-2010
news_image
1025
STOLÜSTÜ OYUNLAR

Bakıya gələcək dünya yığmasının heyəti açıqlandı - FOTOSESSİYA

Aprelin 29-dan mayın 3-dək Bakıda mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə beynəlxalq şahmat yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi planetin tanınmış qrossmeysterlərini ölkəmizə dəvət edib.

Belə ki, yarışda iştirak etmək üçün sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Dünya Kubokunun qalibi Qata Kamski (ABŞ), Emil Sutovski (İsrail) və bolqarıstanlı xanım şahmatçı Yudit Polqarın Bakıya gələcəyi artıq dəqiqləşib. Daha iki məşhur qrossmeysterə dəvət göndəriləcəyi isə, istisna deyil.

Qeyd edək ki, ötən il analoji yarışda iştirak etmək üçün Vladimir Karamnik, Vişvanatan Anand, Sergey Karyakin və Aleksey Şirov Bakıya gəlmişdilər. Həmin şahmatçılardan ibarət dünya yığması Azərbaycan millisini sınağa çəkmişdi. Amma bu dəfə komanda şəkilində mübarizə olmayacaq və şahmatçılar fərdi mübarizə aparacaqlar.

Azərbaycanı isə turnirdə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edəcək.