14:46 23-04-2010
news_image
1687
DİGƏR NÖVLƏR

İkiqat olimpiya çempionu avtomobil qəzasında həlak oldu

Bədii gimnastika üzrə ilk ikiqat olimpiya çempionu Natalya Lavrova dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı idmançının əyləşdiyi VAZ-2114 markalı avtomobil Rusiyanın Penza şəhərində qəzaya uğrayıb. Natalya kimi, sükan arxasında olan bacısı da aldığı zərbələrdən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lavrova 2000-ci ildə Afinada, 4 il sonra Sidneydə qrup hərəkətlərində Rusiya yığmasının heyətində olimpiya çempionu olub. Buna nail olan ilk bədii gimnast kimi tarixə düşən Lavrova son vaxtlar Rusiya yığmasında və olimpiya hazırlığı məktəbində məşqçi kimi çalışırdı.