15:34 23-04-2010
news_image
946
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasına yeni baş məşqçi gətirilir

Aprelin 27-də Polşada 23 yaşadək qılıncoynadanların Avropa çempionatı keçiriləcək. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda idmançılarımız mübarizə aparmayacaqlar.

“Bu yaş qrupunda iştirak etməyi məşqçilər heyəti məsləhət bilməyib. Düzdür, biz 2012-ci ildə analoji yarışa ev sahibliyi etmək üçün müraciət etsək də, Polşaya getməyəcəyik” – deyə Məmmədov bildirib.

Baş katib, həmçinin oğlanlardan ibarət milli komandaya cəlb ediləcək məşqçi və idmançılarla danışıqların getdiyini də vurğulayıb: “Hələ danışıqlar gedir. Bunun üçün nə isə demək tezdir. Lakin səviyyəli legionerlərin gəlməsi gözlənilir. Komandamıza cəlb ediləcək məşqçilərin sayının isə 2 olacağı dəqiqdir. Onlar 2 növdə yığmamızı yarışlara hazırlayacaqlar”.

Qeyd edək ki, qılıncoynadanlarımız mayın 20-23-də paytaxtda keçiriləcək Bakı kubokuna hazırlaşırlar.