12:10 26-04-2010
news_image
671
DİGƏR NÖVLƏR

Dünya Kuboku: İlk “onluq” bizlik deyil

Çinin paytaxtı Pekində keçirilən atıcılıq üzrə Dünya kuboku yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışların son günü atəş xəttinə 2 idmançımız çıxıb.
Komanda yoldaşları kimi stend atıcılığının trap növündə hədəf önünə keçən Elçin Babayev və Elvin İsmayılov da inamsız çıxış ediblər. Babayev turniri 18-ci, İsmayılov isə 26-cı yerdə bitirib.

Qeyd edək ki, Çinə 6 atıcı ilə yollanan yığmamızın heç 1 üzvü ilk “onluq”da yer ala bilməyib.