13:30 26-04-2010
news_image
755
DİGƏR NÖVLƏR

Yığmamızın baş məşqçisi fiaskodan razı qaldı

“Dünya Kubokuna yollanan 6 idmançımızdan heç biri mükafatçılar arasında yer ala bilmədilər. Lakin onların çıxışı məni qane etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında stend atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi Hafiz Cəfərov deyib.

Milli komandamız Çində keçirilən Dünya Kubokunda medal qazana bilməsə də, Cəfərov atıcılardan razı qalıb: “Ona görə ki, bu il ilk dəfə iştirak etdiyimiz yarışda atıcılarımızın qarşısına medal qazanmaq tapşırığı qoymamışdıq. Yarışa yollanmağımızda əsas məqsəd təcrübə toplamaq idi”.

Lisenziya yarışlarında yetirmələrinin medal qazanacaqlarına inandığı söyləyən baş məşqçi Dünya Kubokunun bir idmançımız üçün əlamətdar olduğunu da bildirib: “Dünya Kuboku Nurlana Cəfərova uçun yaddaqalan oldu. Yarışda 12-ci yeri tutan atıcımız bu nəticə ilə idman ustası normativini doldurdu”.