14:20 26-04-2010
news_image
588
STOLÜSTÜ OYUNLAR

Milli komandamıza daha 2 şahmatçı cəlb edildi

Aprelin 29-da Bakıda mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışda Azərbaycan yığması 4 qrossmeysterlə mübarizə aparacaq. Öncə turnirdə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qatılacağı bildirilsə də, sonradan Vüqar Haşımovla Rauf Məmmədov da heyətə cəlb edilib.

Xatırladaq ki, dairəvi sistemlə keçiriləcək yarışda Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), Emil Sutovski (İsrail) və Yudit Polqar qüvvəsini sınayacaq.