11:46 28-04-2010
news_image
447
STOLÜSTÜ OYUNLAR

Dünya çempionu Bakıda komanda yoldaşlarını gözləyir

Sabah Bakıda şahmat üzrə beynəlxalq “Prezdent kuboku” turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışa qatılacaq dünya yığmasının bütün üzvləri bu gün ölkəmizdə olacaqlar.

Turnirdə iştirak edəcək rusiyalı dünya çempionu Vladimir Kramnik dünən Bakıya təşrif buyursa da, Dünya kubokunun qalibi Qata Kamski (ABŞ), Emil Sutovski (İsrail) və Yudit Polqar hələ paytaxtımıza gəlməyiblər.

Qeyd edək ki, dairəvi sistem üzrə təşkil ediləcək “Prezident kuboku”nda şahmatçılar 3 gün mübarizə aparacaqlar. Rapid (sürətli) növündə qüvvələrini sınayacaq zəka sahibləri sonda Dənizkənarı parkda seans oyunu da təşkil edəcəklər.

Yarışda Azərbaycanın idman şərəfini Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qoruyacaqlar.