16:31 28-04-2010
news_image
663
STOLÜSTÜ OYUNLAR

3 günə 7 tur!

Sabah Park İnn otelində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat üzrə beynəlxalq “Prezident kuboku” turniri start götürəcək. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprel 29-dan mayın 1-dək keçiriləcək sürətli şahmat yarışı başa çatdıqdan sonra - mayın 2-də saat 14:00-da 14 şahmatçının iştirakı ilə blits turnir təşkil ediləcək. Mayın 3-də isə iştirakçılar azyaşlı şahmatçılara 87 lövhədə olmaqla seans verəcəklər.

Turnir iştirakçıları aprelin 29-da saat 14:30-da Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarı önünə əklillər qoyacaqlar. Bundan sonra saat 17:00-da Park İnn otelində media nümayəndələri üçün mətbuat konfransı, 18:00-da isə yarışın rəsmi açılış mərasimindən keçiriləcək.
Şahmatçılar ilk tura saat 19:00-da start verəcəklər.

Xatırladaq ki, dairəvi sistemlə sürətli şahmat üzrə keçirilən turnirdə 8 şahmatçı qüvvəsini sınayacaq. Yerli şahmatçılardan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov, əcnəbi şahmatçılardan isə Vladimir Kramnik (Rusiya), Gata Kamski (ABŞ), Judit Polgar (Macarıstan), Emil Sutovski (İsrail) çıxış edəcəklər.

Turnirin ümumi proqramı
29 aprel

1 tur 19.00
2 tur 20.15

30 aprel
3 tur 18.00
4 tur 19.15
5 tur 20.30

1 may
6 tur 12.00
7 tur 13.15

2 may
Blits turnir 14.00

3 may
12.00 Seans