17:42 29-04-2010
news_image
785
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun “Prezident kuboku” turnirinə buraxılmamağının səbəbi açıqlandı

“Vüqar Həşimovun cəzalı olması ilə bağlı yayılan məlumatlar düzgün deyil. Sadəcə, turnirdə iştirak edəcək 4 şahmatçımızı müəyyənləşdirərkən, o, heyətdən kənarda qaldı”. Apasport.az saytının xəbərinə görə, bu fikirləri “Prezident kuboku” turnirinə həsr edilmiş mətbuat konfransında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib. Həsənov bildirib ki, Həşimovun reytinqi burada iştirak edən şahmatçıların bəzilərindən yüksək olsa da, “Prezident kuboku”nda Azərbaycan yığma komandası iştirak etmir: “Vüqar yığmada həmişə yer alır. Lakin “Prezident kuboku”nda fərdi mübarizə olacaq. Sadəcə, seçim olarkən Vüqar Həşimov yarışa dəvət edilmədi”.

Qeyd edək ki, bu gün start götürən “Prezident kuboku” turnirində ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcək.