20:37 29-04-2010
news_image
827
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub edib, lider oldu - YENİLƏNİB

“Park İnn” otelində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Prezident kuboku" beynəlxalq şahmat turniri start götürüb. Apasport.az saytının xəbərinə görə. dairəvi sistemlə sürətli şahmat üzrə keçirilən turnirdə 8 qrossmeyster qüvvəsini sınayır.

Qalib adı uğrunda həmyerlilərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovla yanaşı, əcnəbilərdən dünya çempionu Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), Yudit Polqar (Macarıstan) və Emil Sutovski (İsrail) mübarizə aparırlar.


I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yudit Polqar (Macarıstan) - 1:0
Vladimir Kramnik (Rusiya) - Rauf Məmmədov (Azərbaycan) - 1:0
Qədir Hüseynov (Azərbaycan) – Emil Sutovski (İsrail) - 0:1
Qata Kamski (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 1:0

II tur

Yudit Polqar - Teymur Rəcəbov - 0,5:0,5
Rauf Məmmədov - Qədir Hüseynov - 0,5:0,5
Emil Sutovski - Qata Kamski - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Vladimir Kramnik - 1:0

II turdan sonra turnir cədvəli: Məmmədyarov – 2 xal. Kamski, Sutovski – 1,5. Kramnik – 1. Rəcəbov, Məmmədov, Polqar, Hüseynov, 0,5