20:17 29-04-2010
news_image
811
DİGƏR NÖVLƏR

Dünyanın ən varlı idmançısının 120 sevgilisi olub

ABŞ-ın “National Enquirer” nəşri 2009-cu ilin sonlarında seksual qalmaqalla üzləşən qolfçu Tayger Vudsun çoxsaylı əlaqələrindən bəhs edən məqalə dərc edib. Lent.az-ın məlumatına görə, dünyanın ən varlı idmançısı isveçli model Elin Nordeqrenlə 5 illik nikahı ərzində ona 120 qadınla xəyanət edib.

Belə etirafı Vudsun özü çıxış edib. Qolfçu seksual asılılıqdan müalicə kursu keçdiyi vaxt məşuqələri ilə münasibətlərindən danışmalı olub. Artıq Nordeqren məşhur qolfçu ilə nikahının pozulması haqda qəti qərara gəlib. O, uzun müddət nikahı qorumağa çalışsa da, ərinin məşuqələri sırasında gənc qonşusu, 22 yaşlı Reyçel Kudryenin də olduğunu öyrəndikdən sonra boşanmağı qərara alıb. Vuds dostları ilə nahar edərkən, Nordeqren ona zəng edərək, sərt formada ayrılmaq qərarını ona çatdırıb. İdmançının bu xəbərə reaksiyası barədə məlumat verilmir.