13:39 01-05-2010
news_image
865
STOLÜSTÜ OYUNLAR

“Prezident Kuboku”: Kramnik birinci, Məmmədyarov ikinci oldu

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən VI və VII turun oyunlarından sonra qalib müəyyənləşib.

Keçirdiyi son partiyalarda rəqiblərini məğlub edən Vladmir Kramnik birinci, Şəhriyar Məmmədyarov isə ikinci yeri tutub – 5 xal. Qata Kamski də eyni miqdarda xal toplasa da, əmsallara görə üçüncü olub.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə 8 qrossmeyster qüvvəsini sınayıb. Həmyerlilərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovla yanaşı, əcnəbi şahmatçılardan Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), Yudit Polqar (Macarıstan) və Emil Sutovski (İsrail) qalib adı uğrunda mübarizə aparıblar.


VI tur

Vladimir Kramnik – Teymur Rəcəbov - 1:0
Yudit Polqar - Rauf Məmmədov - 0:1
Qədir Hüseynov – Qata Kamski - 0:1
Şəhriyar Məmmədyarov – Emil Sutovski - 1:0

VII tur

Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Qədir Hüseynov - 1:0
Qata Kamski - Yudit Polqar - 0,5:0,5
Emil Sutovski - Vladimir Kramnik - 0:1

Turnir cədvəlində yekun vəziyyət: Kramnik, Məmmədyarov, Kamski – 5. Rəcəbov – 3,5. Sutovski, Polqar – 3. Məmmədov - 2. Hüseynov -1,5