12:32 01-05-2010
news_image
558
STOLÜSTÜ OYUNLAR

FİDE-nin yeni reytinq siyahısı: Məmmədyarov 6-cı, Rəcəbov 13-cü pillədə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini tərtib edib. Apasport.az saytının xəbərinə görə, bu gün açıqlanan siyahıda dəyişiklik olub.

Cədvələ yenə Maqnus Karlsen başçılıq edir. Hesabında 2813 xal olan norveçli vunderkind hazırda planetin ən güclü şahmatçısıdır. Veselin Topalov (Bolqarıstan, 2812) ikinci, Vladimir Kramnik (Rusiya, 2790) isə üçüncüdür.

Həmyerlimiz Şəhriyar Məmmədyarov 2763 xalla altıncı pilləyə qalxıb. Teymur Rəcəbov (2740) 13-cü, Vüqar Həşimov (2734) 17-ci, Rauf Məmmədov (2653) 85-ci yerdədir.